
Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov Koreya Respublikasına səfər edəcək.
Newscenter.az Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadən bildirir ki, səfər Koreya Respublikasının Prezidenti Li Çje Myonqun dəvəti ilə baş tutacaq. Sentyabrın 15-dən 18-dək davam edəcək səfər rəsmi xarakter daşıyır.
Səfər çərçivəsində Prezident Sadır Japarov Seul Bəyannaməsinin qəbul edilməsi planlaşdırılan birinci Mərkəzi Asiya-Koreya sammitində iştirak edəcək.
Qırğızıstanın dövlət başçısı həmçinin Koreyanın ali rəhbərliyi ilə ikitərəfli danışıqlar aparacaq. Səfərin nəticəsi olaraq iqtisadi, investisiya, gömrük və digər sahələrdə ikitərəfli sənədlər paketinin qəbul edilməsi planlaşdırılır.
Süleyman











































