Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tovuz təhsilində özbaşınalıq: Şagirdlər sinifə buraxılmır, dərslər məktəb həyətində keçirilir

Tovuz təhsilində özbaşınalıq: Şagirdlər sinifə buraxılmır, dərslər məktəb həyətində keçirilir


Yeni tədris ili başlayar-başlamaz bu sektorda ənənəvi problemlər gündəmə gəlib. Təhsil sahəsində nizamsızlıq daha çox regionlarda özünü büruzə verməkdədir. Növbəti belə bir xoşagəlməz hadisə yeni tədris ilində Tovuz rayonu Rövşən Alıyev adına Əyyublu kənd orta məktəbində yaşanıb.

Newscenter.az xəbər verir ki, yeni tədris ilində sözügedən təhsil müəssisəsindəki hər birində 25 şagird olmaqla iki dördüncü sinifin birləşdirilməsi qərara alınıb. Lakin təəssüflər olsun ki, siniflərin birləşdirilməsi zamanı təhsil müəssisəsinin rəhbərliyi sözün əsl mənasında haqsızlığa, ədalətsizliyə yol verib. Belə ki, həmin siniflərdən birinə rəhbərlik edən Aynurə Umudovanın sertifikasiya balı 41 olduğu halda sinif rəhbərliyi sözügedən şəxsə deyil, sertifikasiya balı 37 olan şəxsə, İlhamə Niyazovaya tapşırılıb. Şikayət müəllifi bildirir ki, qanuna uyğun olaraq ona bir dördüncü və bir hazırlıq qrupu verilməli olduğu halda, yalnız bir birinci sinif verməklə kifayətlənməli olublar. Məsələ ilə bağlı Aynurə Umudova Regional Təhsil İdarəsinə müraciət etsə də, lakin onun şikayətini nəzərə alan, yaranmış problemlə maraqlanan olmayıb.

Vəziyyətdən çıxış yolu kimi Aynurə Umudova Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciət etməli olub. Müraciət müəllifi dövlət başçısının diqqətinə çalışdığı təhsil müəssisəsindəki intizamsızlığı, ədalətsizliyi çatdırmaqla yanaşı, qeyd edib ki, yeni tədris ilində 41 sertifikasiya balı olan müəllimə cəmi 15 saat, 37 balı olan digər həmkarına isə 27 dərs saatı yazılıb.

Aynurə Umudova onu da bildirib ki, nə şagirdlər, nə də onların valideynləri siniflərin birləşdirilməsi və sinif rəhbərinin dəyişdirilməsi ilə razıdırlar. Məktəb rəhbərliyinin Aynurə Umudovanın sinif otağının qapısını bağlaması müəlliməni məktəbin həyətində dərs keçməyə məcbur edib. Gələcəyin kadrları olan balaca fidanların, birinci sinif uşaqlarının məktəb həyətində, açıq hava şəraitində dərs keməsini isə Tovuz rayonu Rövşən Alıyev adına Əyyublu kənd tam orta ümumtəhsil məktəbinin direktor əvəzi İntiqam Qurbanov. Tovuz rayon Təhsil Sektorunun müdiri Aysel Quliyeva, eləcə də Qazax-Tovuz regional təhsil İdarəsi görməməzlikdən gəlir.

Süleyman
Xəbəri paylaş