
Azərbaycan və Ermənistan arasında sülh sazişi bu ilin sonuna qədər formal olaraq mümkün görünsə də, lakin ciddi siyasi maneələrdən asılı olan ssenaridir. Sülh prosesinin siyasi və praktiki hissəsi xeyli irəliləyib , amma hüquqi rəsmiləşdirilmə hələ də tamamlanmış qalmaqdadır. ABŞ-ın diqqətinin İran və Ukraynaya yönəlməsi əlbəttə ki prosesə müəyyən qədər öz təsirini göstərir. ABŞ hazırda İran və Rusiya-Ukrayna müharibəsinə çox böyük diplomatik resurs ayırır. Cənubi Qafqaz məsələsində isə ABŞ, özünün yaratdığı siyasi çərçivəni nəinki geri çəkmək, onu dəstəkləməkdə davam edir. Ermənistan və Azərbaycan arasında münaqişənin dayandırılması ilə məsələ ABŞ üçün bitmir. Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır. Burda əsas element TRIPP layihəsidir. ABŞ və Ermənistan arasında bu layihənin həyata keçirilməsi üçün ayrıca çərçivə sazişi də imzalanıb. Sentyabrın 14-də ABŞ-Ermənistan arasında imzalanmış strateji əməkdaşlıq sənədində Vaşinqton açıq şəkildə 2025 -ci il Vaşinqton sammitində ilkin sülh sazişinin imzalanmasını və ratifikasiyasını gözlədiyini bildirib. Ermənistan Baş naziri Nikol Paşinyan sentyabrın 10-da bildirdi ki, müqavilənin 13 maddəsi razılaşdırılıb. Daha üç maddənin isə müəyyən hissələri üzrə razılıq əldə olunub. O, razılaşdırılmış hissənin imzalanmasını və qalan məsələlərin sonra müzakirə edilməsini təklif edib. Ermənistan parlamenti də sentyabrın əvvəlində sülhün bərqərar edilməsini dəstəkləyən bəyanat qəbul edib. Əlbəttə ki bütün bunlara baxmayaraq , əsas problem kimi Azərbaycanın Ermənistan Konstitusiyası ilə bağlı tələbi yerinə yetirilməyib. Yəni normallaşma istiqamətdə müəyyən qədər irəliləyiş əldə olunsa da, yekun həll prosesi siyasi-hüquqi məsələlərə cavab vermədiyi üçün ilişib qalıb. Ermənistanın siyasi dairələrində konstitusiya dəyişikliklərinin təxirə salınmasını sülh sazişinə mane olmadığını düşünənlər var. Bu da ölkədəki iki fərqli siyasi-hüquqi yanaşmanın toqquşmasına səbəb olub və bu səbəbdən də Ermənistan Konstitusiya dəyişikliklərinə getməyə hazır görünmür. Bu baxımdan hesab edirəm ki, yekun sülh sazişinə ən böyük maneə, Ermənistan Konstitusiyasında dəyişikliklərin ləngiməsini əsas səbəb olaraq görmək lazımdır. Çünki Bakı bunu şərt olaraq saxlayır və bu baxımdan proses ilin sonuna qədər uzana bilər. Əlbəttə ki sazişin imzalanması ilə ratifikasiyası ayrı-ayrı prosedurlardır. Saziş imzalansa belə, parlament və daxili hüquqi prosedurlar mərhələsi qalacaq. Əlbəttə ki dünyada baş verən hadisələr daha da çox kritik həddə çatarsa, Vaşinqtonun Cənubi Qafqaz üzrə yüksək səviyyəli diplomatik təzyiqi müvəqqəti olaraq zəifləyə bilər. 31 sentyabrda Paşinyan və Əliyev görüşməsi, ABŞ -Ermənistan strateji sənədin imzalanması və ABŞ-ın sülh sazişinin imzalanmasını açıq şəkildə dəstəkləməsi prosesin davam etdiyini bildirən siqnallar olaraq qeyd etmək olar.
Çingiz Şahbazi, siyasi ekspert










































