
Hindistan və Avrasiya İqtisadi Birliyi (AAİB) azad ticarət sazişi üzrə danışıqların aktiv mərhələsinə qədəm qoyublar.
Newscenter.az pravda.ru-ya istinadən bildirir ki, görüşlərin mərhələsi ötən həftə başlayıb və növbəti mərhələ noyabr ayına planlaşdırılıb.
Dehli üçün razılaşmanın praqmatik məqsədi Hindistan ixracatçılarının ittifaqın üzv ölkələrinin bazarlarına çıxışını genişləndirməkdir. Hindistan bu vasitədən ticarət axınlarını şaxələndirmək, yeni iqtisadi sektorlara və coğrafi ərazilərə çıxış əldə etmək niyyətindədir.
Sazişin həyata keçirilməsinin faktiki nəticəsi gömrük tariflərində dəyişiklik və ticarət maneələrinin aradan qaldırılması olacaq ki, bu da qarşılıqlı investisiyaların və ticarət dövriyyəsinin artmasına gətirib çıxaracaq.
Anar










































