
2030-cu ilə qədər təhsil materiallarının 70 faizindən çoxu süni intellektdən istifadə edilərək yaradılacaq.
Newscenter.az TASS-a istinadən xəbər verir ki. bu barədə Rusiyanın elm və ali təhsil naziri Valeri Falkov Yekaterinburqda keçirilən Beynəlxalq Gənclər Festivalında bildirib.
Falkovun sözlərinə görə, Rusiya universitetlərində süni intellekt üzrə iki məcburi kursun tətbiqi təklif olunur.
Birinci kurs bütün tələbələr üçün süni intellektin əsaslarına həsr olunacaq, ikinci kurs isə müəyyən peşə və sənaye sahələrində süni intellektdən istifadəni öyrədəcək.
Baza modulunun əvvəlcə yeni ali təhsil modelinin 17 universitetində sınaqdan keçirilməsi təklif olunur. Həmçinin vahid rəqəmsal təlim platforması və tələbə dəstək sisteminin hazırlanması planlaşdırılır.
Proqnozlara görə, 2030-cu ilə qədər universitetlərin 60 faizindən çoxu ənənəvi və onlayn təlim imkanlarını birləşdirən hibrid modelə keçəcək.
Anar











































