Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyevə göstərilən beynəlxalq etimad Azərbaycanın son illərdə qazandığı tarixi uğurların məntiqi nəticəsidir.

Prezident İlham Əliyevə göstərilən beynəlxalq etimad Azərbaycanın son illərdə qazandığı tarixi uğurların məntiqi nəticəsidir.


“Prezident İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi dövlətimizin başçısının regionumuzda sülhün bərqərar olunması istiqamətində fəaliyyətinə verilən yüksək qiymətin təcəssümüdür. Müasir dünya nizamında hərbi qələbəni dayanıqlı sülhə çevirmək hər bir liderin qarşısında duran çətin və ali missiyadır. Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu tərəfindən layiq görüldüyü “Zayed İnsan Qardaşlığı Mükafatı” da məhz bu missiyanın qlobal səviyyədə təqdir olunmasının bariz nümunəsidir. Bu mükafat sadəcə diplomatik uğurun deyil, həm də Azərbaycanın sülh gündəliyinin dünya tərəfindən qəbul edilməsinin təsdiqidir”.


Newscenter.az
xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib. Onun sözlərinə görə, sentyabrın 14-də Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam Prezident İlham Əliyevin qəbulunda olarkən, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sertifikatını dövlətimizin başçısına təqdim etməsi qürurverici hadisə oldu. Cənab Prezident bu ilin yanvarında “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülmüş və fevralda isə həmin mükafat BƏƏ-yə səfəri zamanı dövlət başçısına təqdim olunmuşdu.

Deputat bildirib ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada sülh, həmrəylik və dinc birgəyaşayış prinsiplərinə töhfə verən seçilmiş şəxslərə və qurumlara təqdim olunan ən nüfuzlu beynəlxalq mükafatlardan biridir. Bu mükafata yalnız bəşəriyyət üçün müstəsna xidmətlər göstərmiş liderlər layiq görülür. Prezident İlham Əliyevin bu ali mükafata layiq görülməsi Azərbaycanın qlobal sülh quruculuğunda artan rolunun beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.

“Prezident İlham Əliyevə göstərilən beynəlxalq etimad Azərbaycanın son illərdə qazandığı tarixi uğurların məntiqi nəticəsidir. 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər, suverenliyin tam bərpası və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təkbaşına icra edilməsi ölkəmizin gücünü və beynəlxalq hüquqa əsaslanan prinsipial siyasətini nümayiş etdirir. Azərbaycan hər zaman sülh, təhlükəsizlik və əməkdaşlıq ideyalarını yalnız bəyan etməklə kifayətlənməyib, bunu real addımlarla təsdiqləyib. Ötən ilin avqustunda əldə edilən Vaşinqton razılaşmaları bunun ifadəsidir. Artıq tərəflər sülh yolunda praktiki addımlar atırlar. Bu mükafat da Prezidentimizin müəyyən etdiyi sülh gündəliyinə növbəti beynəlxalq etimaddır”,- deyə Samir Vəliyev vurğulayıb.

Süleyman
Xəbəri paylaş