Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan KTMT-nin Qazaxıstan təliminə qatılmayıb

Ermənistan KTMT-nin Qazaxıstan təliminə qatılmayıb


Qazaxıstanın Jetisu bölgəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Orta Asiya regionunun kollektiv sürətli yerləşdirmə qüvvələri ilə birgə "Şep-2026" təlimi keçirilir.

Newscenter.az xəbər verir ki, bu barədə Qazaxıstanın Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, təlimlər Jetisu bölgəsindəki "Koktal" təlim poliqonunda başlayıb.

Təlim zamanı Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistandan olan hərbi qulluqçular birgə təlim, idarəetmə orqanlarının və milli kontingentlərin qarşılıqlı fəaliyyəti məsələlərini araşdırırlar. KTMT-nin təlimlərinə Ermənistan qatılmayıb.

Təlimlərə təxminən 1500 hərbçi və 300-dən çox silah, hərbi və xüsusi texnika, o cümlədən 115 pilotsuz uçuş aparatı cəlb olunub.

Praktiki təlimlər dağlıq səhra relyefi nəzərə alınmaqla keçirilir, Sərhəd Xidmətinin və Qazaxıstan Milli Qvardiyasının bölmələri ilə əməkdaşlığı əhatə edir.

Süleyman
Xəbəri paylaş