Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ali Rada Zelenskinin daha bir hüququnu əlindən alır

Ali Rada Zelenskinin daha bir hüququnu əlindən alır


Ukrayna Ali Radası prezident Volodimir Zelenskinin Baş Prokuror seçmək hüququndan məhrum edilməsi təşəbbüsünü irəli sürüb.

Newscenter.az TASS-a istinadən bildirir ki, Ukrayna Baş Prokurorunun təyin edilməsi prosedurunun dəyişdirilməsi ilə bağlı qanun layihəsi Ali Radada müzakirə olunur. Bu təşəbbüsə əsasən, təyinat üzərində nəzarət beynəlxalq ekspertlərə veriləcək və Volodimir Zelenski bu vəzifəyə sadiq şəxsləri təyin etmək imkanını itirəcək.

Qanun layihəsinə görə, bu vəzifəyə namizədlər altı nəfərdən ibarət seçim komitəsi tərəfindən seçilməlidir ki, bunlardan üçü Ali Ədliyyə Şurası tərəfindən seçilir, üçü isə Avropa İttifaqının beynəlxalq təşkilatlarının təklifləri əsasında" təyin edilir. Komitə qərarını dörd səslə qəbul edir ki, bunlardan ən azı ikisi beynəlxalq ekspertlər olmalıdır. Daha sonra komitə Zelenskiyə iki namizəd təqdim edəcək və onlar təsdiq üçün Ali Radaya təqdim ediləcək namizədi seçə biləcəklər.

Zelenski hazırda Baş Prokuror vəzifəsinə namizəd seçir və təsdiq üçün parlamentə təqdim edir.

Anar
Xəbəri paylaş