
Böyük Britaniya Təhsil Nazirliyi İngiltərə üçün qida standartlarını yeniləyəcək və bu standartlara əsasən, məktəb yeməkxanalarında ənənəvi Britaniya yeməyi olan balıq və kartof qızartması, xəmir xörəkləri, eləcə də bir neçə desert qadağan ediləcək.
Newscenter.az xəbər verir ki, bu barədə GB News məlumat yayıb.
Bildirilir ki, İngiltərədə məktəb mətbəx menyusundan qızardılmış yumurta, şokoladlı pastalar və dənli bitkilər də çıxarılacaq. Bununla belə, yeməkxanalar həftədə ən azı bir dəfə mərcimək və noxud yeməkləri təqdim etməlidir və hər yeməkdə ən azı bir porsiya meyvə-tərəvəz olmalıdır.
Təhsil Nazirliyi hesab edir ki, tətbiq edilən tədbirlər İngiltərədə tələbələr üçün daha sağlam qidalanmaya töhfə verəcək. Standartlar 2027-ci ilin sentyabr ayında qüvvəyə minəcək.
Anar










































