Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstanda yük və sərnişin daşımalarında rekord artım

Gürcüstanda yük və sərnişin daşımalarında rekord artım


Gürcüstanın nəqliyyat və logistika sektoru 2026-cı ilin yanvar-avqust ayları üzrə on illik göstəricilərini üstələyib.

Newscenter.az xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat Nazirliyi məlumat verib. Nazirliyin məlumatına görə, dəniz limanlarında, dəmir yollarında və mülki aviasiyada artım qeydə alınıb.

Dəniz limanları və terminalları ötən illə müqayisədə 24% artımla 13,7 milyon ton yük daşıyıb. Konteyner daşıma qabiliyyəti 10 illik maksimum göstərici olan 554.174 TEU-ya (9% artım) çatıb.

Dəmir yolu ilə yük daşımalarının həcmi isə 11% artaraq 9,7 milyon tona çatıb. Nazirlik tranzit yük daşımalarında 14% artım olduğunu qeyd edir və bunu Orta Dəhliz layihəsi ilə əlaqələndirir.

Hava yolu ilə yük daşınması 29,3 min ton təşkil edib ki, bu da əvvəlki göstəricilərdən 30% çox və on illik rekorddur.

İlin ilk səkkiz ayında beynəlxalq aviasiya sərnişin daşınması 5,7 milyon nəfər (1% artım) təşkil edib. Avqust ayı sərnişin sayına görə indiyə qədər qeydə alınan ən yüksək ay olub.

Anar
Xəbəri paylaş