Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Birol Akgün Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib

Birol Akgün Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib




Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Nuri Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Bakını düşmən işğalından azad etməsinin 108-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib.

Newscenter-az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi "X" hesabında paylaşım edib.

Bildirilib ki, ziyarətdə Türkiyə səfirliyinin əməkdaşları, hərbi attaşelik, müşavirlər, aidiyyəti qurum və təşkilatların nümayəndələri iştirak ediblər.

Birol Akgün mərasim çərçivəsində Türk şəhidliyinin önünə əklil qoyub, şəhid məzarlarına qərənfillər düzüb və xatirə kitabına ürək sözlərini yazıb.

Anar
Xəbəri paylaş