Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Azərbaycan və Ermənistan arasında sülhdə maraqlı deyil

Rusiya Azərbaycan və Ermənistan arasında sülhdə maraqlı deyil


"Ermənistanın konstitusiya dəyişikliyi məsələsindən uzanan yekun sülh razılaşması, əslində bir o qədər də sadə məsələ deyil. Konstitusiya dəyişikliyinə erməni cəmiyyətinin "hə" deyəcəyi sual altında olsa da, geosiyasi məsələlər daha ciddi problemdir. Rusiya faktorunu əsas maneə hesab etmək olar".

Bunları Newscenter-az-a ƏHD partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O bildirib ki, Rusiya Azərbaycan və Ermənistan arasında sülhdə maraqlı deyil:

"Bura İranı da əlavə etmək olar. Amma iki ölkə arasında sülh müqaviləsinin şərtləri paraflanıb. İqtisadi münasibətlər tədricən qurulur. Sərhədlərin demorkasiyası və delimitasiyası prosesi davam edir. İnam mühitinin yaradılması üçün işlər görülür".

Onun sözlərinə görə, bu, yekun sülh olmasa belə iki ölkənin əlaqələr qurmasına bəs edir:

"Amma yekun sülh müqaviləsi mütləqdir. Bunu uzatmaq əlverişli məqamı qaçırmaq deməkdir. Hesab edirəm ki, Ermənistan rəhbərliyi də bunu başa düşür. Ona görə də konstitusiya dəyişikliyi məsələsi həll edilərsə, gələn il sülh sazişi reallaşa bilər. Bu il bunun baş verməsi üçün vaxt azdır. Ermənistanda konstitusiya dəyişikliyi üçün hələ heç bir addım atılmayıb. Böyük ehtimalla Ermənistan bunu gələn ilin ilk yarışında həll edə bilər. Sonra isə sülh sazişi imzalana bilər. Təbii ki, geosiyasi vəziyyət imkan verəcəksə".

Süleyman
Xəbəri paylaş