Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan olunur

Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan olunur


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ictimai birliklərin inkişafına dəstək məqsədilə “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı”nı elan edir.

Newscenter.az xəbər verir ki, proqram üzrə təlimlər 15-17 oktyabr 2026-cı il tarixlərində Lənkəran şəhərində keçiriləcək.
Təlim iştirakçıları seçim əsasında müəyyən olunacaq.

Seçimdə üstünlük verilir:
• İlk dəfə iştirak edənlərə;
• QHT-də layihə yazılması üzrə məsul şəxslərə;
• QHT fəaliyyəti ilə yeni məşğul olanlara;
• Regionlarda fəaliyyət göstərən QHT-lərə;
• Xarici dil bilgisi olan şəxslərə (ingilis dili);
• QHT-nin sosial media səhifələrini idarə edənlərə.

Təlimdə iştirak üçün mərhələlər:
1. Təlimdə iştirak üçün aşağıda qeyd olunan sorğu 30 sentyabr 2026-cı il saat 23:59-a kimi cavablandırılaraq Agentliyə göndərilir;
2. Daxil olan məlumatlar Agentlik tərəfindən təhlil edilir və sorğunun nəticəsinə uyğun olaraq növbəti mərhələyə keçilir;
3. İlkin mərhələdən keçmiş şəxslərlə müsahibələr təşkil olunur.

Təlimdə iştirak üçün onlayn sorğu:
https://forms.gle/PeEKsPvU4x4ME5bWA

QEYD:
• Daha öncə QHT-lərin İnkişaf və Mübadilə Proqramlarına qoşulan şəxslər bu təlimdə iştirak edə bilməzlər,
• Təlimdə hər QHT-dən yalnız 1 nəfər təmsil oluna bilər.

Süleyman
Xəbəri paylaş