Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rizvan Nəbiyev Asiya Parlament Assambleyasının komitə iclasında iştirak edəcək

Rizvan Nəbiyev Asiya Parlament Assambleyasının komitə iclasında iştirak edəcək



Milli Məclisin deputatı, Asiya Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev sentyabrın 22-də bu təşkilatın Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasında iştirak etmək üçün Tacikistan Respublikasının Düşənbə şəhərinə səfər edəcək.

Newscenter.az xəbər verir ki, millət vəkili səfər çərçivəsində qurumun Bürosuna seçkilərdə, ümumi müzakirələrdə və digər mövzuları əhatə edən qətnamə layihələrinin müzakirəsində iştirak edəcək.

Səfər sentyabrın 27-də başa çatacaq.

Süleyman
Xəbəri paylaş