Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AYNA vətəndaşı dövlətə qarşı qaldırır

AYNA vətəndaşı dövlətə qarşı qaldırır


"Formula1" yarışları ilə əlaqədar olaraq şəhərin mərkəzində nəqliyyatın hərəkətinə məhdudiyyələr tətbiq edilib. Yarış günlərində vətəndaşların ictimai nəqliyyatdan istifadəsinin təmin edilməsi məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müvafiq tövsiyələr verilsə də, lakin sözügedən qurum ənənəsinə sadiq qalaraq vətəndaşın ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq əvəzinə, ona problem yaratmaqla məşğuldur.

Newscenter.az xəbər verir ki, AYNA-nın yarıtmaz fəaliyyəti, məsuliyyətsiz davranışı səbəbindən vətəndaşlar paytaxt küçələrində əsir-yesir olub. Eyni mənzərə Səbail rayonu 20-ci sahə dairəsində də yaşanır. Belə ki, 20-ci sahə dairəsindən Azneft meydanına cəmi 1 avtobus, 5 saylı marşrut işləyir. İnsanlar işə getmək üçün avtobus gözlədiyi halda, AYNA-nın sürücüsü qapını bağlayıb harasa gedib. Bu həm də insanlara göz dağı vermək, vətəndaşı bilərəkdən hakimiyyətə, dövlətə, Cənab Prezidentə qarşı qaldırmaq cəhdidir, düşünülmüş şəkildə icra olunan ssenaridir.

Ümumiyyətlə, AYNA hər dəfə "Formula1" zamanı insanlara zülm verir, vətəndaşı yollarda əsir-yesir qoyur. Azneft dairəsinə qədər vətəndaşı ödənişlə daşıyan avtobusların sayını artırmaq çətin məsələ deyil. AYNA avtobusları parklarda istifadəsiz vəziyyətdə saxlamaq əvəzinə Azneft dairəsinə işləyən 5 nömrəli avtobusun sayını artırsa insanlar saatlarla marşrut gözləməli olmaz. Bunu etmək eləmi çətindir? Əlbəttə ki, yox. Sadəcə AYNA vətəndaşa zülm verərək onu Cənab Prezidentə qarşı qaldırmağı hədəfləyib. Ancaq sözügedən qurumun iyrənc planız qətiyyən baş tutmayacaq.


Anar
Xəbəri paylaş