
22 sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi debatları başlayacaq.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, dünya liderləri və yüksək vəzifəli nümayəndələr 28 sentyabra qədər qlobal məsələləri müzakirə edəcəklər. 193 üzv dövlətin qatıldığı iclasın ümumi müzakirəsi "Etibarın bərpası, dəyişikliklərin idarə olunması: Hamı üçün işləyən BMT" mövzusu altında keçiriləcək.
Məlumata görə, iclasda sülh və təhlükəsizliklə yanaşı, həftədə iqlim, dəniz səviyyəsinin qalxması, pandemiyaya hazırlıq, inkişaf hüququ və nüvə silahsızlanması kimi məsələlər də müzakirə olunacaq.
Süleyman











































