Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın ŞƏT-lə uğurlu əməkdaşlığı mövcuddur

Azərbaycanın ŞƏT-lə uğurlu əməkdaşlığı mövcuddur


"Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir".

Newscenter.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının üzvü Anar Məmmədov deyib. Onun sözlərinə görə, iyulun 4-də "ŞƏT plyus" formatında keçirilən görüşdə ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunduğunu Azərbaycanla üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi dəyərləndirən Prezident İlham Əliyev bildirdi:

"Şərq-Qərb və "Şimal-Cənub" nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib.Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb".

Hakim partiya rəsmisi deyib ki, Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir.2023-cü ilin sentyabrında Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi.

Anar Əliyev
Xəbəri paylaş