Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Qatarların hərəkət təhlükəsizliyi” Ümumrusiya Elmi-Praktiki Konfransı keçirilib

“Qatarların hərəkət təhlükəsizliyi” Ümumrusiya Elmi-Praktiki Konfransı keçirilib


ADY-nin Hərəkətin təhlükəsizliyi departamentinin müdir müavini Əsəd Məmmədov 17-18 oktyabr tarixlərində Moskvada keçirilən 22-ci “Qatarların hərəkət təhlükəsizliyi” Ümumrusiya Elmi-Praktiki Konfransında iştirak edib.

Newscenter.az quruma istinadən bildirir ki, konfransda nəqliyyat sistemlərinin təhlükəsizliyinin təmin edilməsi üçün ağıllı texnologiyalar, o cümlədən pilotsuz informasiya-texnologiya vasitələrinin tətbiqi, təhlükəsizliyin diaqnostikasında innovativ sistemlərdən və rəqəmsal həllərdən istifadə, həmçinin təhlükəsizlik mədəniyyətinin yüksəldilməsi və insan faktoru təsirinin azaldılması və digər mövzularda müzakirələr aparılıb.

Əsəd Məmmədov Rusiya Dəmir Yolları və Qazaxıstan Dəmir Yollarının nümayəndələri ilə təhlükəsizlik mədəniyyəti sahəsində əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi aparıb.

Süleyman
Xəbəri paylaş