Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclis Prezident və Birinci xanıma Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik məktubu ünvanlayıb

Milli Məclis Prezident və Birinci xanıma Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik məktubu ünvanlayıb


Milli Məclis 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Newscenter.az xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxış edib.

O bildirib ki, bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür: “Təklif edirəm ki, bu münasibətlə dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərilsin”.

Deputatlar sədrin təklifini alqışlarla qarşılayıb.

Süleyman
Xəbəri paylaş