Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müstəqilliyin Bərpası Günü paytaxt məktəblərində qeyd olunub

Müstəqilliyin Bərpası Günü paytaxt məktəblərində qeyd olunub



Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 18 Oktyabr- Müstəqilliyin Bərpası Günü ilə əlaqədar tədbirlər keçirilib.

Newscenter.az xəbər verir ki, “Müstəqilliyimizin bərpası: tarixin işığında”, “Müstəqilliyimiz əbədidir”, “Biz azadıq, biz müstəqilik”, “Müstəqilliyin Bərpası Günü”, “Vətən mənim bugünüm”, “Müstəqil Azərbaycan” adlı tədbirlərdə BŞTİ-nin, rayon icra hakimiyyətlərinin, müxtəlif idarə və təşkilatların nümayəndələri, təhsil müəssisələrinin pedaqoji və şagird kollektivləri iştirak ediblər.

Tədbirlərdə 1991-ci il oktyabrın 18-də Konstitusiya Aktı qəbul edilməklə ölkəmizin dövlətçilik ənənələrinin dirçəldilməsində, müstəqilliyimizin bərpa olunmasında mühüm tarixi hadisənin baş verdiyi diqqətə çatdırılıb. Bildirilib ki, ölkəmizdə dünyəvi, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində görülən böyük işlər xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərinin bəhrəsidir. Layiqincə davam etdirilən bu siyasət nəticəsində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən dövlətçiliyimizin inkişafı və möhkəmlənməsi naminə məqsədyönlü islahatlar həyata keçirilir və bu proses bu gün də uğurla davam etdirilir.

Azərbaycanın müstəqilliyinin bərpasının 33-cü ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edən şagirdlər söylədikləri şeirlər, ifa etdikləri mahnılarla Vətənə olan sevgilərini nümayiş etdiriblər.

Tədbirlərdə müstəqillik tariximizdən bəhs edən videoçarx və sənədli filmlər də nümayiş etdirilib.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş