Ukraynanın silahlı qüvvələrinin Sabiq Ali Bas komandanı, Böyük Britaniyada səfir olan V. Zalujni "2023-cu ildə Rusiyani məğlub edə bilərdik amma, Qərb lazım olan silahları bizə vermədi" açıqlamasını verib. Həqiqətən 2023-cü ildə Ukrayna uğurlu hərbi əməliyyatlar keçirirdi. Xarkov və Xersonun böyük hissələri azad edildi. Rusiyanin hücumları dayandırıldı.
Newscenter.az-ın xəbərinə görə, məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə deyib ki, məhz Qərb ölkələri Rusiyanı tükəndirmə siyasətinə üstünlük verdikləri üçün Ukraynanın qələbəsini təmin etmədilər:
"Bu onu göstərir ki, Qərb Ukraynanın tezliklə qələbə əldə etməsində maraqlı deyil. Rusiyanın strateji məğlubiyyətə uğradılmasında maraqlı olub. ABŞ və tərəfdaşları Ukraynanın Avropa İttifaqına və NATO üzvülüyünə qəbul edilməsində maraqlı olsaydı, 2023-cü ildə Ukraynanın qələbəsini təmin edə bilərdi".
Politoloq hesab edir ki, Qərb Rusiyanı Ukraynada taqətdən salmaq və regional çərçivəyə salmağı planlaşdırırdı:
"Hazırda da bu siyasət davam edir. Amma, Çin Rusiyanın Ukraynada strateji məğlubiyyətində maraqlı deyil. Ona görə də Çin Rusiyani hərbi texniki dəstək verməklə, Şimali Koreyanı Rusiyaya ordu göndərməsinə razı saldı. Hazırda ABŞ və Avropa ölkələri Rusiya, Çin, İran və Şimali Koreya birliyinə qarşı mübarizə aparır. Amma, 2023-cu ildə belə bir birlik qurulmamışdı.
Ukrayna cəbhəsində aktiv mərhələ ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra başlayacaq".
Süleyman