“Yaşıl dünya naminə həmrəylik ili” və Bakı şəhərində keçiriləcək Bilrləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP-29) ilə bağlı 18-27 oktyabr tarixlərində Nəsimi rayonunun Bakıxanov, Rəşid Behbudov, Əbdülvahab Salamzadə, Üzeyir Hacıbəyli, Mir Cəlal, Cavadxan, Hüseyn Seyidzadə küçələrində və Vaqif, Tiblisi, Moskva prospektlərində ümumilikdə 2000 ədəd müxtəlif ağac növləri (Çinar, Eldar şamı, Zeytun, Oleyandr), 10000 ədəd isə dekorativ güllər və çiçəklərin əkilməsi nəzərdə tutulmuşdur.
Newscenter.az xəbər verir ki, aksiyanın keçirilməsində məqsəd rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, rayonun ekoloji tarazlığının qorunması, insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin təbliğ olunmasından ibarətdir.
Aksiyada Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları,YAP Nəsimi rayon təşkilatının sədri, rayonun idarə, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tərtib olunmuş tədbirlər planına əsasən ağacəkmə aksiyası çərçivəsində Nəsimi rayonu Bakıxanov küçəsində 200 ədəd ağac və 2000 ədəd dekorativ güllər və çiçəklər əkilmişdir. Ağacəkmə aksiyası oktyabr ayının 28-dək davam etdiriləcəkdir.
Ruhiyyə Mehdiyeva