Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Komitəsinin sədri Lənkəranda vətəndaşları qəbul edəcək

Dövlət Komitəsinin sədri Lənkəranda vətəndaşları qəbul edəcək



Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 21-də Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Newscenter.az xəbər verir ki, qəbul saat 11:00-da Lənkəran Mədəniyyət Mərkəzinin inzibati binasında (ünvan: Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, 99) keçiriləcəkdir.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Lənkəran regional bölməsinə (əlaqə vasitələri: (050) 380 27 43, (025) 255 39 84, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.

Süleyman
Xəbəri paylaş