Bu ilin 10 ayında Antalyaya gələn turistlərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq 16 milyon 131 min 847 nəfərə çatıb.
Newscenter.az Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə istinadən bildirir ki, Antalyaya ən çox turist göndərən ölkələr siyahısında Rusiya 3 milyon 764 min 693 ziyarətçi ilə birinci, Almaniya 3 milyon 298 min 154 turistlə ikinci, İngiltərə isə 1 milyon 487 min 429 ziyarətçi ilə üçüncü olub.
İngiltərəni müvafiq olaraq Polşa, Hollandiya, Qazaxıstan, Rumıniya, Ukrayna, Çexiya və Litva izləyib.
Təkcə 1-31 oktyabr tarixləri arasında Antalyaya gələn turistlərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq 2 milyon 60 min 433 nəfərə çatıb.
Anar Əliyev