Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

COP29 təhsil ssahəsində də yeni yanaşmalarla yadda qalacaq

COP29 təhsil ssahəsində də yeni yanaşmalarla yadda qalacaq


"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) müsbət nəticələri hər bir sahədə olduğu kimi təhsil sektorunda da özünü göstərəcək. Qlobal əhəmiyyətli mötəbər tədbir çərçivəsində təhsil sahəsinə aid müzakirələrin, görüşlərin keçirilməsi bunu deməyə əsas verir".

Newscenter.az xəbər verir ki, bunu "Təhsilə Dəstək və Marifləndirmə" İctimai Birliyinin sədr müavini Ruhiyyə Mehdiyeva deyib. O bildirib ki, həm COP29, həm də həmin tədbir çərçivəsində təhsil sahəsində keçirilən görüşlər, tədbirlər təhsil sektoru üzrə iqlimin, ekologiyanın qorunmasında, yaşıl dünyanın təbliğində yeni yanaşmaları ortaya qoyacaq, bu istiqamətdə qlobal təşəbbüsləri daha da sürətləndirəcək:

"Məsələn, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Adaptasiya və ambisiya kimi təhsil: Ətraf mühit təhsilinə yeni yanaşma" mövzusunda tədbir keçirilib ki, həmin tədbirdə iqlim dəyişikliyinə qarşı mübarizədə təhsilin rolu müzakirə edilib. Həmçinin təhsilin davamlı inkişafı və ekoloji problemlərin həllindəki əhəmiyyətindən danışılıb. Ümumiyyətlə, COP29 çərçivəsində Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı əsasında keçiriləcək tədbirlərdə yaşıl təhsil, şagirdlərin ətraf mühit savadlılığı, təhsilin iqlim dəyişmələri ilə mübarizədə rolu və digər mövzular müzakirə olunacaq ki, bu da ümumən Azərbaycanın iqlim dəyişmələri, ekoloji tarazlığın qorunması, yaşıl dünyanın təbliğinə nə dərəcədə önəm vediyi, bu istiqamətdə qlobal təşəbbüskar rolu oynadığını ortaya qoyur".

Anar Əliyev
Xəbəri paylaş