İsrailin keçən ilin oktyabrında Qəzzada başladığı hərbi əməliyyatlar nəticəsində öldürülən fələstinlilərin sayı 43 min 799-a yüksəlib. Bu müddət ərzində 103 min 601 nəfər yaralanıb
Newscenter.az xəbər verir ki, bu barədə Fələstin Hökumətinin Səhiyyə Nazirliyi məlumat yayıb. Təkcə son 24 saatda 35 nəfər öldürülüb, 111 nəfər isə yaralanıb.
Açıqlamada dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.
Mehman Mehdiyev