Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya üzrə buğda ticarəti azalacaq

Dünya üzrə buğda ticarəti azalacaq


Dünya buğda ticarətində azalma müşahidə ediləcək.

Newscenter.az Aqrar Tədqiqatlar Mərkəzinin Kənd Təsərrüfatı və Ərzaq Məhsulları üzrə Dünya Bazar Konyukturasına dair icmalına istinadən bildirir ki, dünya buğda ticarətinin 2024/2025-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 2.7% azalaraq 215 milyon ton olacağı proqnozlaşdırılır.

Çində ilin əvvəlinə olan qalıq həcminin 2023/2024-cü məhsul ili ilə müqayisədə 4 milyon ton azalaraq 135 milyon ton olacağı gözlənilir.

Qara dəniz regionu ölkələri qrupu üzrə əvvəlki məhsul ilinə nəzərən 2024/2025-ci məhsul ilində istehsal həcminin 2.4% azalaraq 137.6 milyon ton, ixracın isə 10.0% azalaraq 76.3 milyon ton olacağı proqnozlaşdırılır.

Mehman Mehdiyev
Xəbəri paylaş