Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı keçiriləcək

Bakıda Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı keçiriləcək


Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Doreen Bogdan-Martin ilə görüşüb.

Newscenter.az xəbər verir ki, görüşdə təşkilatla Azərbaycan arasında telekommunikasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

"Bu gün COP29 çərçivəsində birgə keçirdiyimiz Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masada qəbul edilmiş və 1000-dən çox maraqlı tərəfin dəstəklədiyi Bəyannamənin vacibliyini vurğuladıq.
Növbəti il Bakıda keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına hazırlığa dair fikir mübadiləsi apardıq",-deyə nazir qeyd edib.

Süleyman
Xəbəri paylaş