2025-ci il yanvarın 1-dən Qazaxıstan benzin və dizelin Avrasiya İqtisadi İttifaqı ərazisindən xaricə ixracına qadağa tətbiq edəcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstanın Energetika Nazirliyi məlumat yayıb. Bildirilib ki, ixracına qadağ edilən məhsullar sırsına həmçinin yüngül distillələr, reaktiv kerosin və dizel yanacağı, ksilen və neft bitumudur.\
Lakin bu qadağa avtonəqliyyat vasitələrinin istehsalçı-zavod tərəfindən verilmiş yanacaq çənlərində çıxarılması, qarışıqların seçilməsi üzrə elmi tədqiqat işlərinin aparılması, nümunələrin kvalifikasiyası və laboratoriya sınaqları üçün aviasiya yanacağının götürülməsi hallarına şamil edilmir.
Həmçinin Qazaxıstan hökumətinin qərarı ilə qadağa humanitar yardım çərçivəsində ölkə ərazisindən istehsal olunan neft məhsullarının müəyyən növlərinə şamil edilmir.
Mehman Mehdiyev