Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Gənc hüquq müdafiəçiləri” müsabiqəsinin finalçıları təlimlərə cəlb olunub

“Gənc hüquq müdafiəçiləri” müsabiqəsinin finalçıları təlimlərə cəlb olunub


“Gənc hüquq müdafiəçiləri” müsabiqəsinin final mərhələsində iştirak etmək hüququnu qazanan komandalar üçün təlimlər keçirilib.

Newscenter.az xəbər verir ki, təlimlərin əsas məqsədi şagirdlərdə təməl hüquqi biliklərin formalaşdırılması, eləcə də onların müsabiqənin final mərhələsinə hazırlığının təmin olunmasından ibarətdir.

Azərbaycan Respublikası Ali Məhkəməsində və Məktəb-Lisey Kompleksində keçirilən təlimlər zamanı vəkil Rəhim Həsənzadə və “Femida Könüllüləri” Təşkilatı İctimai Birliyinin mətbuat katibi Aydan İsmayılova “Cinayət hüququ” və “Natiqlik bacarıqları” mövzuları üzrə şagirdlərə geniş məlumat veriblər.

Həmçinin təlimlərdə müvafiq mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

Qeyd edək ki, BŞTİ-nin “Femida Könüllüləri” Təşkilatı İctimai Birliyi və Avropa Hüquqşünas Tələbələr Assosiasiyası-Bakı İctimai Birliyi (“ELSA Azərbaycan”) ilə birgə əməkdaşlığı çərçivəsində keçirilən müsabiqədə idarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin X-Xl sinif şagirdləri və hüquq ixtisası üzrə təhsil alan tələbələr iştirak edir. Müsabiqə gənc nəslin qanuna hörmət ruhunda formalaşdırılması, vətəndaş cəmiyyətinin əsaslarının möhkəmləndirilməsinə, hüquqi savadlılığın artmasına töhvə verilməsi məqsədilə keçirilir.

Onu da qeyd edək ki, Bakı şəhəri 193 nömrəli tam orta məktəb, Məktəb-Lisey Kompleksi, Tərəqqi və 291 nömrəli Ekologiya liseylərinin şagirdlərindən ibarət komandalar finala vəsiqə qazanıblar. Müsabiqənin final turu Azərbaycan Respublikası Ali Məhkəməsində keçiriləcək.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş