Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyev təkcə lider deyil, həm də xalqımızın güvəni, dayağı idi

Heydər Əliyev təkcə lider deyil, həm də xalqımızın güvəni, dayağı idi


"Bu gün Azərbaycanın müstəqilliyinin qorunmasında və möhkəmlənməsində misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin anım günüdür. O, öz dərin zəkası, uzaqgörən siyasəti və xalqa olan sonsuz sevgisi ilə həm Azərbaycan xalqının yaddaşında, həm də dünya tarixində iz qoymuş bir şəxsiyyətdir".

Newscenter.az xəbər verir ki, bu fikirləri sabiq millət vəkili Jalə Əhmədova səsləndirib. O bildirib ki, Heydər Əliyev təkcə lider deyil, həm də xalqımızın güvəni, dayağı idi:

"Onun qurduğu müasir Azərbaycan bu gün də inkişaf edir və dünyada öz sözünü deyir. Onun irsi, tövsiyələri və dəyərləri bizə daim yol göstərir.
Heydər Əliyevin əziz xatirəsini hər zaman qəlbimizdə yaşadacağıq. Bu gün ona olan hörmətimizi və sevgimi2zi bir daha ifadə edirik.
Ruhun şad olsun, Ulu Öndərimiz!".

Süleyman
Xəbəri paylaş