Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Energetika naziri Lənkəranda vətəndaşları qəbul edəcək

Energetika naziri Lənkəranda vətəndaşları qəbul edəcək


Dekabrın 13-də energetika naziri Pərviz Şahbazov Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edəcək.

Newscenter.az xəbər verir ki, qəbul saat 11:00-dan başlayaraq Lənkəran şəhər Mədəniyyət Mərkəzində (ünvan: Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi 99) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev),
[email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialı (əlaqələndirici şəxs: Xəyyam Aydınov: əlaqə telefonu: (050) 305-51-67, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

Süleyman
Xəbəri paylaş