Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Həmrəyliyimizi daha da gücləndirməliyik

Həmrəyliyimizi daha da gücləndirməliyik


"Dekabrın 25-də baş vermiş təyyarə qəzası ilə bağlı insanların həlak olması bizi və millətimizi dərindən sarsıtdı. Hadisə nəticəsində insan itkiləri və xəsarət alanlar da var. Bu, bizim üçün ağır və dəhşətli bir faciədir. Həyatını itirənlərə Allahdan rəhmət diləyirik. Xəsarət alanlara isə Uca Tanrıdan tezliklə şəfa arzulayırıq".

Newscenter.az xəbər verir ki, bu fikirləri "Yeni Xətt" siyasi tədqiqatlar mərkəzinin rəhbəri Ramil Hüseynov səsləndirib. Onun sözlərinə görə, hazırda baş vermiş hadisə ilə bağlı ölkə rəhbərimiz, cənab Prezident, bütün lazimi müvafiq tapşırıqları verib. Komissiyalar fəaliyyət göstərir:

"Dövlət qurumlarının qəzanın baş vermə səbəbləri ilə bağlı xalqımızı bütün araşdırmalar bitəndən sonra məlumatlandıracaqlarına əminik. Həlak olan ailələrin, o cümlədən xəsarət alanlarla bağlı dövlətimizin yüksək səviyyədə qayğı göstərəcəyinə inamımızı ifadə edirik.

Bu hadisəni başqa cür yozanlar və yenə qara niyyətlərini ortaya qoyan müəyyən siyasi şəxsləri qətiyyətlə qınayırıq. Bu cür yanaşmalar bizim dəyərlərimizə və milli-mənəvi xarakterimizə tamamilə zidd yanaşmadır. Xalqımız həmişə bu kimi çətin günlərdə daima öz dövlətinin yanında olub. Bundan sonra da öz dövlətimizə bağlılığımızı qoruyaraq, dünyada baş verən hadisələrin törətdiyi fəsadlara uyğun şəkildə birliyimizi daha da möhkəmləndirəcəyik".

Mərkəz rəhbəri deyib ki, Cənab Prezidentə, o cümlədən dövlət qurumlarımıza olan inamımızı və etimadımızı həmrəyliyimizlə daima nümayiş etdirməliyik. Çünki biz əminik ki, dövlətimiz etibarlı və güclü siyasi əllərdədir:

"Lakin bəzi vətəninə xəyanət yolunu seçən nankorların, hətta ölkəmizə başsağlığı verən dövlətlərə və bu hadisənin özünə rişxəndlə yanaşmaları, bir daha onların nadanlığının bariz nümunəsidir. Belə davranışla ölkəmizə qarşı düşmənçilik nümayiş etdirən, istər ölkə daxilində, istərsə də xaricdə fəaliyyət göstərən nanəciblərə öz yerlərini göstərməyi bacarmalıyıq.

Bəşəriyyətin belə kövrək və həssas məqamında zərbələrin dövlətimizdən yan keçməsi üçün diqqətli, təmkinli və səbrli davranmalı, belə çirkin niyyətli siyasi oyunbazlara vaxtında və layiqli cavab verməli, həmrəyliyimizi daha da gücləndirməliyik".

Süleyman
Xəbəri paylaş