"Qroznı hava limanı mətbuat xidmətindən verilən məlumata görə, Bakıdan gələn təyyarə dumanlı hava şəraitindən dolayı Mahaçqala aeroportuna yönləndirilib. Bundan başqa Mahaçqala aeroportu da eynilə Qroznu aeroportu kimi davranaraq, Azərbaycan hava yollarına məxsus təyyarəni qəbul etməkdən imtina edir. Təyyarə son ümid yeri kimi qardaş Qazaxıstanın Aktau şəhəri ətrafında qəza enişi edir və olanlar olur".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, baş verən hadisə ilə bağlı Azərbaycan hüquq mühafizə orqanları məşğul olur:
"İnanırıq ki, hadisə ilə bağlı həqiqətlər məlum olacaq. Bu öz yerində. Amma, bilirsiniz ki, Qroznı şəhəri Quba-Xaçmaz bölgəsinə 400 km məsafədə yerləşir. Bu bölgəmizdə aeroportun olmaması, təyyarəmizin uzaq Qazaxıstana üz tutmasına səbəb oldu və nəticə hər kəsə məlumdur. İnfrastruktur baxımından Quba-Xaçmaz bölgəsinin aeroporta sahib olması vacib məsələlərdən biridir. Çünki, zaman keçdikcə infrastruktur layihələrə tələbat artacaq və problem yaşanmaması üçün zəruri tədbirləri indidən həyata keçirmək lazımdır,düşüncəsindəyəm".
Anar Əliyev