Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin Azərbaycana mesaj verir

Putin Azərbaycana mesaj verir


Rusiya Ermənistanın eks-prezidentləri S. Sarkisyan və R. Koçaryanı yeni il münasibətilə təbrik etməsi, onların siyasi aktivliyini bərpa etməsinə hesablanıb. Hər iki eks-prezident Rusiyanın geosiyasi maraqlarını Ermənistanda inkişaf etdirib və Kremlə sadiq şəxslərdi. Ne Koçaryan, nə də S. Sarkisyan V. Putindən bu təbriki gözləmirdi.

Ümumiyyətlə, Rusiyanın Hərbi Kəşfiyyatının agentləri olan hər iki eks-prezidentin yenidən siyasi aktivliyi mümkün görünmür. Ermənistan cəmiyyəti Rusiyanın bu iki şəxsə dəstək verdiyinə görə, N. Paşinyana daha da etimad edəcəklər. Demək, bu zəng N. Paşinyanın əlinə oynayır.Hər iki eks-prezident Azərbaycana qarşı müharibəni aparıb. Görünür, V. Putin bununla da Azərbaycana mesaj verir.

Məhəmməd Əsədullazadə, politoloq
Xəbəri paylaş