Milli Məclisin deputatı Günay Ağamalının təşəbbüsü və iştirakı ilə Salyan rayonunda sağlamlıq aksiyası davam edir. Millət vəkili tənha ahıllara diqqətin dövlət rəhbərimiz, möhtərəm cənab Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın diqqət mərkəzində olduğunu vurğuladı. Bu istiqamətdə görülən işlər vətəndaşlara göstərilən yüksək diqqət və qayğının təzahürüdür.
Newscenter.az xəbər verir ki, tədbir çərçivəsində Salyan rayon Mərkəzi Xəstəxanasının həkim heyyəti, Respublika Təcili Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Salyan Tibbi Yardım Stansiyası və Sosial Xidmətlər Agentliyinin Salyan-Şirvan Regional filinanın əməkdaşları da iştirak etdi. Deputat qeyd edib ki, onlara qayğı və diqqətin göstərilməsi həm də hər birimizin borcudur.