Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə Suriyada PKK varlığına son qoymağa çalışır

Türkiyə Suriyada PKK varlığına son qoymağa çalışır


"Türkiyə Suriyada PKK varlığına son qoymağa çalışır, regional şərait məsələni qısa müddətdə həllinə şərait yaradır".

Newscenter.az xəbər verir ki, bunları deyən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, ABŞ-ın yeni prezidenti Donald Tramp son açqılamasında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı tərifləsə də, amerikalı hərbçilərin Suriyanı tərk etməsi məsələsində birmənalı fikir bildirməyib, hərbçilərlə məsləhətləşəcəyinə işarə edib:

"Bu o deməkdir ki, Tramp Ağ Evə yerləşdikdən sonra amerikalı hərbçilərin Suriyanı tərk edib-etməməsi məsələsində Pentaqonun rəyinə əsaslanacaq. Pentaqon generalları isə İŞİD-lə mübarizə adı altında Suriyadakı PKK\YPG terrorçularına dəstəyin davam etdirilməsinin tərəfdarıdırlar. Yəni Suriya məsələsində Trampa etibar etmək olmaz. Ona görə də, Ankara Trampın andiçmə mərasiminə qədər PKK-nı Suriya ərazisindən sıxışdırmağa və terrorçuların manevr imkanlarını məhdudlaşdırmağa çalışacaq".

Anar Əliyev
Xəbəri paylaş