Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tramp dünyaya meydan oxuyur

Tramp dünyaya meydan oxuyur


Donald Trampın "Kanadanın ABŞ -ın 51-ci ştat olması" təklifi əslində Britaniyaya meydan oxumaqdır. Çünki Kanada Commenwalt üzvüdür və Britaniya kralı həm də Kanada kralı və dövlət başçısı hesab edilir. Britaniya kralı Kanadaya general-qubernator/ general governor təyin edir. Kanada 1931 razilaşmasî ilə müstəqil dövlət sayılsa da və general-qubernatorun hüquqi, inzibati səlahiyyətləri çox olmasa da siyasi və simvolik baxımdan bu durum yetərincə önəmlidir.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Nazim Cəfərsoy səsləndirib. O deyib ki, Trampın Grelandiya adasına dair iddiaları isə Danimarka ilə yanaşı Avropa Birliyinə də meydan oxumaqdır:

"Unutmayaq ki, Danimarka AB üzvüdür. Trampın Panama kanalına dair iddiaları isə bölgədə artan Çin təsirinə meydan oxumaqdır. Çünki son illərdə Panama kanalı bölgəsində Çinin çox ciddi fəaliyyətləri var. Trampın Meksika Körfəzinə dair iddiası isə Amerika qitəsində ABŞ-dan sonra ən ciddi güç və iddia sahibi Meksikaya meydan oxumadır. Yeni Ağ Ev rəhbərinin yuxarıda qeyd edilən 4 iddiası birlikdə həm də Arktika bölgəsi üzərindən Rusiyaya meydan oxumadır. Bu yönüylə Trampın iddiları ABŞ ilə Rusiya arasında Şimal qütbündə böyük bir geosiyasi rəqabətin xəbərçisidir".

Nazim Cəfərsoy qeyd edib ki, Trampın bu meydan oxumaları sadəcə Arktikada geosiyasi və təbii rezervlər üzərindən geoiqtisadi meydan oxuma ilə məhdudlaşmır:

"Qlobal istiləşmə ilə birlikdə Arktika bölgəsi və Şimal Buzlu Okeanı da önümüzdəki 20 il ərzində qlobal səviyyədə strateji nəqliyyat yollarından biri olacaq. Trampın yuxarıdan qeyd edilən iddiaları həm bu strateji prosesə ABŞ -ın hazırlanması prosesidir.

Son olaraq Tramp-ın suveren dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə dair açıq iddiaları və təzyiqləri gündəmə gətirməsi mövcud beynəlxalq münasibətlər sisteminin əsas sütunlarını baltalaması mənasına gəlməkdədir. Bu da gücü çatanın istediyini aldığı yeni bir beynəlxalq münasibətlər xaosunun gündəmə gəlməsi deməkdir".

Anar Əliyev
Xəbəri paylaş