"ABŞ - ın yenindən seçilmiş prezidenti Donald Trampın Yaxın Şərqlə bağlı siyasəti İsrailin maraqlarına uyğun davam edəcək. Azərbaycan və Türkiyəyə qarşı isə Donald Trampın münasibəti daha loyal və konstruktiv olacaq".
Newscenter.az xəbər verir ki, bunu politoloq Vüqar Dadaşov deyib. O bildirib ki, Avropaya rus qazının Ukrayna üzərindən verilməsinin dayandırılması və Suriyada Bəşər Əsəd rejiminin devrilməsində Azərbaycan, Türkiyə və ABŞ-ın maraqları üst-üstə düşür:
"Əvvəla, Bəşər Əsəd rejiminin devrilməsini əsas səbəbi kimi, onun Qətər qazının Avropaya çıxışını ərazisindən tranzitinə Rusiyanın maraqlarına görə rədd etməsi səbəbini unutmamalıyıq. Avropa indiki qaz krizisindən daha çox Azərbaycan və Türkiyə vasitəsi ilə çıxmaq istəyir. Türkiyə özü də kəşf etdiyi qaz yataqlarını istismar edib, Avropaya satmaq niyyətindədir. Avropanın indiki qaz çətinliyi vəziyyətində ABŞ da öz sıxılmış qazını Avropaya daha artıq həcmdə və daha baha qiymətə satmaq imkanı qazanıb. Azərbaycanın da rolu Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli dərəcədə artıb".
Politoloq deyib ki, Azərbaycan bu vəziyyətdən maksimal dərəcə də öz milli maraqlarını təmin etmək üçün istifadə edəcək:
"Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycan TV kanallarına verdiyi geniş müsahibədə Zəngəzur dəhlizi barədə açıqlaması Azərbaycanın gözləntilərinin reallaşacağına şübhə qoymur. İrandan üzrxahlığın tələbi heç də sıradan bir məsələ deyil. Bu həm də o deməkdir ki, İran artıq qəbul etmək məcburiyyətində olduğu reallıqlardan yayına bilməyəcək. Zəngəzur dəhlizinin açılması və ona nəzarətin Azərbaycan əlində olacağı ehtimalı çox yüksəkdir".
Süleyman