Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın baş naziri Giorgia Meloni ilə telefonda danışıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, telefon danpışığı zamanı Türkiyə ilə İtaliya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Prezident Ərdoğan görüşdə Türkiyə ilə İtaliyanın 2024-cü ildə 32 milyard dollarlıq ikitərəfli ticarət həcminə çatdığını, bu rəqəmin ticarət və investisiya əlaqələrini inkişaf etdirməklə artırıla biləcəyini, iki ölkənin bir çox sahədə əməkdaşlığı artırmaq anlayışına sahib olduğunu bildirib. Söhbət zamanı xüsusilə müdafiə və enerji sektoruna diqqət çəkilib.
Prezident Ərdoğan görüş zamanı Suriyanın yenidən qurulması üçün təxirə salınmadan addım atmağın vacib olduğunu dilə gətirib.
Mehman Mehdiyev