Qazaxıstanın ədliyyə naziri vəzifəsindən azad edilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə prezident Kasım Jomart-Tokayev sərəncam imzalayıb.
Dövlət başçısının sərəncamı ilə Azamat Nesipbayeviç Yeskarayev Qazaxıstan Respublikasının ədliyyə naziri vəzifəsindən azad olunub.
Qeyd edək ki, Azamat Yeskarayev 2023-cü il yanvarın 4-də ədliyyə naziri təyin edilib.
Mehman Mehdiyev