Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Abşeron və Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq

Abşeron və Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq


Abşeron, Binəqədi və Nərimanov rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Newscenter.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Digah” QPS-də qaznəqli sisteminin dayanıqlı və təhlükəsiz istismarını təmin etmək məqsədilə təmir-bərpa işləri aparılacaq. Bu səbəbdən 10.01.2025-ci il saat 10-00-dan işlər başa çatanadək Binəqədi rayonu, Binəqədi qəsəbəsinin Mədən ərazisi, Baksol yolu, Binəqədi şosesi, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsi və Abşeron rayonu, Fatmayı, Goradil, Digah, Məhəmmədi kəndlərinin və Novxanı kəndinin Kanal qırağı hissəsində yaşayan əhalinin qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır.

Həmçinin, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində aparılacaq təmir-quraşdırma işləri ilə bağlı 10.01.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Bünyadzadə, Kazımzadə, N.Şahbazov, C.Hacıbəyli, Bakıxanov küçələrində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Anar Əliyev
Xəbəri paylaş