Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sahibkarların 76 faizi gəlirlərini gizlədir

Sahibkarların 76 faizi gəlirlərini gizlədir


Qazaxıstanda sahibkarların 76 faizi gəlirlərini gizlədir.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstanın Dövlət Gəlirləri Komitəsi məlumat yayıb.

Qurumun şəxsi gəlirlərin idarə edilməsi şöbəsinin müdiri Dina Kusainovanın sözlərinə görə, vergidən yayınmaq istəyən sahibkarlar mobil köçürmələr vasitəsilə ödənişləri qəbul edirlər. Bunu milli bankın 2023-cü il üzrə statistikası da təsdiq edir. Buna əsasən, mal və xidmətlərə görə ödənişlərin ümumi həcmi 50,3 trilyon tenge təşkil edib. Amma köçürmələrin həcmi 80 trilyonu ötüb.

Qeyd edək ki, 2025-ci ildən etibarən banklar fərdi sahibkarlar, hüquqi şəxslərin rəhbərləri və onların həyat yoldaşları tərəfindən edilən mobil köçürmələr haqqında məlumat alacaqlar.

Anar Əliyev
Xəbəri paylaş