Qazaxıstan dəhlizlərinə yük axınlarının cəlb edilməsi üçün terminallar şəbəkəsini genişləndirəcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Qazaxıstan-Çin terminalı Sian quru limanında istifadəyə verilib. Bu, Transxəzər marşrutu ilə Çindən gələn nəqliyyatın artmasına səbəb olub.
Bundan başqa Almatıda, Ələtdə Şərq-Qərb marşrutu üzrə terminalların tikintisinə başlanılıb. Azərbaycanın dəniz limanı, Macarıstanın paytaxtı Budapeşt və Moskva yaxınlığındakı Selyatino kəndi Çinin Lianyunqanq limanı ilə birlikdə Aktau limanında konteyner qovşağının tikintisi üzrə işlər görülüb.
Mehman Mehdiyev