Rusiya Fderasiyasının prezidenti Vladimir Putin Birləşmiş Ştaların yeni seçilmiş prezidenti Donald Trampın görüş təşəbbüsünə müsbət reaksiya verib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov deyib.
Kremlin sözçüsü Peskov Rusiya prezidenti Vladimir Putinin ABŞ-da vəzifəsinin icrasına hazırlaşan Trampla görüşməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Tramp bir müddət əvvəl Kreml rəhbəri Putinlə görüşmək təşəbbüsü ilə çıxış etmişdi.
Anar Əliyev