Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xamenei öldükdən sonra İranda rejim çökəcək

Xamenei öldükdən sonra İranda rejim çökəcək


İranın Ali Dini rəhbəri, de-yure dövlət başçısı S.Ə. Xameneinin birbaşa təlimatı ilə Azərbaycana qarşı düşmən siyasət davam etdirilir. İranda prezidentin funksiyası zəifdir və əsasən prezident Ali dini rəhbərin icazəsi ilə xarici siyasətini qura bilər.
SEPAH İran prezidentinin həm daxili, həm də xarici siyasətini sabotaj edir. Demək olar ki, İranin azərbaycanli prezidenti öz vəzifə öhdəliklərini yerinə yetirə bilmir. Bir neçə ay bundan əvvəl, M. Pezeşkian ona işləməyə imkan verilmədiyini qeyd etmişdi. Məhz azərbaycanlı olduğu üçün onun Azərbaycan prezidenti ilə dialoquna və görüşünə imkan verilmir. S. Ə. Xamenei əslən azərbaycanlı olsa da o milli mənsubiyyətini fars-sasani milli ideologiyasina dəyişib.
Yaxın Şərqdə və Azərbaycana qarşı yaradılan terror təşkilatları Fatimiyyun, Hüseyniyyun təşkilatlari S. Ə. Xameneinin xeyir-duası ilə terror siyasəti davam etdirilir. S.Ə. Xameneinin siyasətindən İranın öz xalqı, Suriya, Livan, İraq və Yəmən xalqları əziyyət çəkib. Azərbaycanda İranın Dini rəhbəri eyni ssenarini tətbiq etməyə calişdi. Amma, Tehranın anti-Azərbaycan siyasəti fiaskoya uğradı.
İran İnqilabının banisi Ruhulla Xumeyniden sonra S. Ə. Xamenei nüfuzlu və ikinci şəxsdir. Məhz İranda hakim dini rejim məhz iki nəfərin üzərində qurulub. S.Ə. Xamenei qocalıb və öldükdən sonra İranda siyasi vəziyyət dəyişəcək və mövcud sistemin çökməsi qaçılmaz olacaq. SEPAH daxilində kəskin fikir ayrılıqları və hakimiyyət uğrunda daxili savaş İranın parçalanmasına yol açması mümkündür.
Məhəmməd Əsədullazadə
Xəbəri paylaş