Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi müsahibəsi Azərbaycan-Rusiya münasibətlərinin prioritetlərini və Bakının Moskva qarşısında irəli sürdüyü tələbləri yenidən gündəmə gətirdi.
Newscenter.az xəbər verir ki, bu fikirləri YAP üzvü Mətanət Qəribova deyib. O bildirib ki. Prezident İlham Əliyevin çıxışı Azərbaycanın Rusiyadan həm beynəlxalq hüququn tələblərinə uyğun siyasət yürütməsini, həm də regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsində ədalətli rol oynamasını gözlədiyini bir daha təsdiqlədi:
"Bu tələblərin yerinə yetirilməsi yalnız ikitərəfli münasibətlərin möhkəmlənməsinə deyil, həm də Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına töhfə verəcəkdir".
Anar Əliyev