Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Biz qonşularımızla düşmənçilikdə yox, dostluq və əməkdaşlıqda maraqlıyıq

Biz qonşularımızla düşmənçilikdə yox, dostluq və əməkdaşlıqda maraqlıyıq


Yeni Suriyanın qurulması prosesində Azərbaycanın Türkiyə ilə birgə addım atması və eyni zamanda, rəsmi Bakının AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya HHM sistemləri ilə vurulmasına görə prinsipial mövqe tutması həm molla rejiminin, həm də Kremlin Azərbaycana qarşı açıq təhdid siyasətinə keçməsi ilə müşayiət olunur. Hər iki tərəf - cənub qonşumuz da, şimal qonşumuz da tarixi düşmən simalarını ortaya qoyublar. Azərbaycan Respublikasının müstəqil siyasət yürütməsi onları qıcıqlandırır.
Rusiya və İran mətbuatının, fars və rus ekspertlərinin, deputatlarının, blogerlərinin son günlər Azərbaycana qarşı, Prezident İlham Əliyevə qarşı təhdid və təhqir ritorikasına rəvac verməsi də elə bundan irəli gəlir. İranın ali dini dini rəhbəri, ayətullah Xameneinin Ərdəbildəki rəsmi nümayəndəsi Seyid Həsən Amulinin təşkil etdiyi tədbirdə Azərbaycan və Türkiyə rəhbərlərinin ünvanına səsləndirilən təhqiramiz fikirlər, Rusiya İctimai Palatasının nəzdindəki Koordinasiya Şurasının üzvü, politoloq Vladimir Karasevin ölkəmizə və dövlət başçımıza qarşı qeyri-etik ifadələri və eləcə də İran parlamentinin Təbrizdən olan üzvü Ruhullah Mütəfəkkir-Azadın “X” hesabında Azərbaycan Prezidentinin son açıqlamalarına hədələyici tonda münasibət bildirməsi təkcə bu şəxslərin özlərinin deyil, həm də təmsil etdikləri ölkələrin gerçək simasını və anti-Azərbaycan mövqeyini nümayiş etdirir.
Sözsüz ki, bu şəxslər özbaşına danışmırlar. Onları danışdıran rəsmi-siyasi mərkəzlər var. Söhbət Tehran və Moskvadan gedir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də bir neçə gün öncə yerli televiziyalara müsahibəsində bu məqama toxundu və Ərdəbil mollasını ora təyin edən şəxsin (yəni ki, Xameneinin) onun Azərbaycana qarşı təhqiramiz ifadələrinə necə münasibət göstərdiyini sorğuladı: "Ərdəbil şəhərinin o mollası dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı. Burada sual ondan ibarətdir ki, onu o vəzifəyə təyin edən adam buna necə münasibət göstərir. Axı o, özbaşına gəlib orada oturmayıb. Onu kim təyin edir, biz yaxşı bilirik. Onun reaksiyası nədir, o, bunu dəstəkləyir, yoxsa yox və Azərbaycandan kim üzr istəyəcək? Üzr istəyəcəklər, yoxsa yox?".
Cənab Prezident haqlı olaraq qeyd etdi ki, "İranın Xarici İşlər Nazirliyinin açıqlamasındakı təəssüf hissi kifayət deyil. Burada açıq təhqir olub: həm Türkiyə, həm Azərbaycan prezidentləri, həm bizim xalqlar və rəsmi tədbirdə canlı yayım gedən zaman və sadəcə, təəssüf?! Bu, əlbəttə ki, qəbuledilməzdir. Ona görə biz hesab edirik ki, o əyalət mollası cəzalandırılmalıdır. Ən azı vəzifəsindən qovulmalıdır və Azərbaycandan üzr istəməlidir. Bax, məsələ bundadır". Bəli, belələri mütləq cəzalandırılmalıdır. Tehran və Moskva ən azı qonşuluq və müttəfiqlik münasibətlərinə görə bu şəxslərin tutduqları vəzifələrdən qovulması, hüquqi məsuliyyətə cəlb olunması istiqamətində real addımlar atmalıdır. Rəsmi Tehran, rəsmi Moskva bu kimi xoşagəlməz çıxışlara, təhqirlərə, hədələrə heç bir reaksiya vermirsə, bu bizə əsas verir ki, həmin şəxslərin məhz rəsmi göstəriş əsasında ölkəmizi, Prezidentimizi hədəfə aldıqlarını düşünək.
Tehran və Moskvanın proksilərinin, növbətçi köpəklərinin Azərbaycan və Türkiyəni hədəf seçməsi heç də təsadüf deyil. Bütün bu hücumlar, hədələr, təhqirlər məqsədyönlü şəkildə təşkil olunur. Azərbaycanı öz yanlarında və öz təsir dairələrində görmədiklərinə görə qəsdən süni konfrantasiya yaradır, siyasi-diplomatik münasibətləri korlamağa çalışır və bu yolla ölkəmizin xarici siyasətinə təsir göstərməyə çalışırlar. Onların məqsədi Azərbaycanı müstəqil xarici siyasət kursundan çəkindirməkdir. Lakin Azərbaycanı bu cür çirkin üsullarla doğru mövqeyindən çəkindirmək mümkün deyil.
İrandan və Rusiyadan gələn təhdidlərin, təhqirlərin adekvat cavabını verməyə gücümüz çatır. Molla rejimi və Rusiyanın şovinist dairələri öz qarşılarında təkcə Azərbaycan dövlətinin əzmini deyil, Azərbaycan ictimaiyyətinin də təpkisini görəcəklər. Bu ölkənin ictimai fəalları da, siyasi qüvvələri də, inanclı insanları da farsın, rusun, ermənilərin propaqanda təxribatlarına, təhqir və hədə ritorikasına layiqincə cavab verməyə hazırdır. Azərbaycanı hədəfə götürənlər xalqımızın və dövlətimizin həmrəylik, millik birlik potensialına yaxşı bələddirlər. Ona görə də səbrimizi sınağa çəkməmələrini tövsiyə edirik. Biz qonşularımızla düşmənçilikdə yox, dostluq və əməkdaşlıqda maraqlıyıq.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş