"Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə ictimaiyyəti maraqlandıran bir çox məqamlara aydınlıq gətirdi. Müsahibədə çox ciddi məsələlərdən danışıldı".
Newscenter.az xəbər verir ki, bu fikirləri YAP üzvü Taleh Məmmədov səsləndirib. O deyib ki, bütövlükdə cənab Prezidentin bu müsahibəsi Azərbaycanın milli maraqlarını, iqtisadi və siyasi prioritetlərini aydın şəkildə ifadə edən strateji bir sənəd kimi qiymətləndiriləcək:
"Dövlət başçısının uzaqgörən liderliyi və prinsipial siyasəti ilə Azərbaycan regionda və dünyada nüfuzunu daha da artıracaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hər sahədə qazandığı uğurlar, xalqımızın gələcəyə olan inamını və qürurunu daha da gücləndirir".
Anar Əliyev