"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanarsa hüququ əsas əldə edə bilir, lakin bunun nə qədər işə yarayacağı hüquqdan deyil , gücdən asılı olacaq. Məncə, İrəvanı sülhə gətirmək üçün Azərbaycan dövləti həmişə güclü və qüdrətli olmalıdır".
Newscenter.az xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O deyib ki, hər iki dövlət arasında sərhədlərin demarkasiyası və delimitizadiyası barədə razılığa gəlinsə, əsasnamələr işlənilib tısdiqlənilsə də hər iki ölkə arasında olan 900 km-lik sərhəd xəttindən cəmi 13 km-i razılaşdırılıb:
"Əlbəttə könül istərdi ki, Azərbaycanla Ermənistan arasında sülh imzalansın, Qərbi Azərbaycandan qovulmuş 300 min soydaşımız ləyaqətli və təhlükəsiz şəkildə öz doğma yurd yuvalarına qayıtsın. Ancaq ilin sonunadək bu prosesin uğurlu sonluğuna optimist yanaşa bilmirəm".
Süleyman